“Mançester Yunayted”in futbolçusu Meyson Maunt karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis yarımmüdafiəçinin xidmətində “Fənərbaxça” maraqlıdır.
26 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Türkiyə klubu Mauntun keçidini bu yay həll etməyi planlaşdırır.
Meysonun İstanbul təmsilçisinə keçib-keçməyəcəyi bu ay dəqiqləşəcək. "Çelsi"nin yetirməsi olan Maunt "Vitess", "Derbi" klublarında da çıxış edib.