"Qəbələ" nigeriyalı futbolçu ilə yollarını ayırdı - RƏSMİ

23:44 - 5 Avqust 2025

“Qəbələ” Abdullahi Şuaybu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, nigeriyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Abdullahi “Qəbələ”də keçirdiyi 29 oyunda 8 qol vurub.

Xəbər xətti