Covanni Simeone “Torino”ya keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Tuttosport"un məlumatına görə, Turin klubu “Napoli” ilə hücumçunun transferi üçün 6–7 milyon avro məbləğində ilkin razılıq əldə edib. Başlanğıcda neapollular 8 milyon avro və bonuslar tələb edirdilər.
Tərəflər hələ də bəzi detalları razılaşdırmalıdır. Bu məqsədlə klub nümayəndələri arasında yeni görüş keçiriləcək.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin oğlu olan Covanni ötən mövsüm A Seriyasında 30 oyuna çıxıb, orta hesabla hər oyunda 13 dəqiqə meydanda olub və 1 qol vurub.
saytlarin hazirlanmasi