Millimizin üzvü "Lokomotiv"ə qarşı oynadı, matç bərabərə bitdi - VİDEO

09:22 - 12 Avqust 2025

Milli komandamızın müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatının 4-cü turunda "Lokomotiv"lə(Plovdiv) qarşılaşıb.

Sportal.az xəbər verir ki, Kırcaali təmsilçisi ev oyununda rəqibi ilə 0:0 hesablı bərabərə qalıb.

Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.

“Arda” hazırda turnir cədvəlində 5 xalla 8-cidir.

Xəbər xətti