Xəbər verdiyimiz kimi, "Qarabağ" yay “transfer pəncərəsi” açılandan bu yana “Akademika Vizeu”nun forvardı Andre Klovisi heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, Klovis bu gün Portuqaliya 2-ci liqasının ilk turu çərçivəsində keçirilən "Leiria" - "Akademika Vizeu" matçında 90 dəqiqə meydanda olub. 27 yaşlı forvard dubl etməsinə baxmayaraq, komandasını 2:3 hesablı məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, braziliyalı hücumçunun Portuqaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.
saytlarin hazirlanmasi