5 illik Türkiyə karyerasını başa vurdu, Azərbaycana gəldi - "Sumqayıt" güclənməkdə davam edir

01:00 - 11 Avqust 2025

Yeni mövsümə hazırlaşan "Sumqayıt" heyətini gücləndirməyə davam edir.

Sportal.az xəbər verir ki, "kimyaçılar" daha bir əcnəbi ilə anlaşıb. Söhbət Samba Kamaradan gedir.

32 yaşlı mərkəz müdafiəçisi müqavilə bağlama üçün bu gün ölkəmizə gəlib. Onun son klubu "Sivasspor" olub. Son 5 mövsümü Türkiyənin klubunda keçirən arxa xətt oyunçusu daha əvvəl Fransada və ABŞ-da da çıxış edib. Yeni transferin Mali millisində 1 oyun keçirdiyini də bildirək.(sportinfo.az)

Xəbər xətti