"Eyüpspor"dan ayrılan Dorukhan Toközün yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Türkiyə millisinin sabiq üzvü "Kayserispor"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Dorukhan Toköz "Eskişehirspor", "Beşiktaş", "Trabzonspor" və "Adana Demirspor"da oynayıb. Təcrübəli futbolçu ötən mövsüm"Eyüpspor"un heyətində 18 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi