Ademola Lukman “Atalanta” ilə məşqləri buraxaraq növbəti dəfə tətilə yollanıb. Futbolçu, “Inter”ə keçmək istədiyi üçün, ikinci gün ardıcıl klub bazasında görünməyib və məşqlərdə iştirak etməyib.
Sportal.az xəbər verir ki, " Football Italia"nın məlumatına görə, “Atalanta” rəhbərliyi oyunçudan böyük cərimənin ödənilməsini tələb edən ərizə hazırlayıb. Onun davranışı səbəblərindən və yaxın günlərdə nə baş verəcəyindən asılı olmayaraq, tamamilə qəbuledilməz hesab edilir.
Bildirilir ki, “Inter”in Lukman üçün 45 milyon avro + bonuslardan ibarət ikinci təklifi rədd olunduqdan sonra, Milan klubu tələb olunan 50 milyon avroya yaxın məbləği yenidən artırmağa hazırdır.
saytlarin hazirlanmasi