"Riyeka"nın futbolçusu Niko Yankoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" xorvatiyalı hücumameyilli yarımmüüdafiəçini transfer etmək istəyir. Bu barədə "Germanijak" nəşri məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. İstanbul nəhəngi Yankoviç üçün onun klubuna 5,6 milyon avro təzminat ödəyəcək. 23 yaşlı oyunçu "Fənərbaxça" ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Riyeka" Niko Yankoviçi 2023-cü ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. Xorvatiya U-21 millisinin sabiq üzvü bu mövsüm klubunun heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi