"Liverpul" İsakı transfer edə bilmədi, bu hücumçu üçün hərəkətə keçdi

20:26 - 9 Avqust 2025

"Nyukasl"dan Aleksandr İsakı transfer edə bilməyən "Liverpul"un hücum xətti üçün alternativi bəlli olub.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brentford"da çıxış edən Yoane Vissanı heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Liverpul" konqolu forvard üçün onun klubuna təklif göndərəcək.

Qeyd edək ki, "Brentford" Yoana Vissanı 2021-ci ildə Fransanın "Loryen" klubundan transfer edib. 28 yaşlı hücumçu ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 20 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti