Qurban Qurbanov "Spartak"ı çalışdırmağa namizədlər arasında - Rusiya mətbuatı yazır

23:00 - 10 Avqust 2025

Moskva "Spartak"ının baş məşqçi postuna mümkün namizədlər arasında "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun da adı çəkilib.

Sportal.az xəbər verir ki, "sport den za dnem" nəşrinin yaydığı məlumatı sizə təqdim edirik:

"Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada 'Baltika' və 'Fakel' klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, 'Qarabağ'da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib. Rusiya ilə Azərbaycan arasında son vaxtlar siyasi münasibətlər stabil olmasa da, məlum olduğu kimi, idman siyasətdən kənardır".

Qeyd edək ki, 2024-cü ildə də "Spartak" Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyib. Deyan Stankoviçin gedişindən sonra namizədlər arasında həmçinin Xerardo Seoane, Fabio Qrosso, Eduardo Kude, Paulo Bento və digərlərinin adları da göstərilib.

Xəbər xətti