"Çelsi" onu komandada düşünmür

00:17 - 9 Avqust 2025

"Çelsi" artıq Nikolas Ceksonu komandada düşünmür. Cekson və Kristofer Nkunku bu gün keçirilən "Bayer"lə yoldaşlıq oyununda "zadəganlar"ın heyətinə daxil edilməyiblər.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, hər iki futbolçunun komandadan ayrılması gözlənilir.

İnsayderin sözlərinə görə, 24 yaşlı hücumçunun London klubundakı vaxtı artıq başa çatıb.

Bundan əvvəl Ceksonun "Nyukasl", "Mançester Yunayted" və "Milan"a təklif olunduğu məlum olmuşdu.

Xəbər xətti