"Monpelye"nin müdafiəçisi "Neftçi"də - RƏSMİ

17:08 - 10 Avqust 2025

"Neftçi” növbəti transferini həyata keçirib.

Sportal.az xəbər verir ki, Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “ağ-qaralar”ın üzvüdür. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.


Xəbər xətti