"Nitsa"nın hücumçusu Evan Qessan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Aston Villa" Fil Dişi Sahili millisinin üzvünü transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 24 yaşlı forvard üçün 30+5 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Evan Qessan "Nitsa"nın yetirməsidir. O, ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi