“Barselona”nın baş məşqçisi Hansi Flik PSJ-yə qarşı keçiriləcək matçın komandası üçün ciddi sınaq olacağını bildirib.
Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun qarşılaşması sabah Parisdəki “Park de Prens” stadionunda baş tutacaq.
“Luis Enrike ardıcıl iki dəfə Çempionlar Liqasının qalibi olub. Onun komandası möhtəşəm futbol nümayiş etdirir. O, əla məşqçidir, dünyanın ən yaxşılarından biridir. Komandasının dinamikası, intensivliyi, pressinqi və heyətdəki rotasiya xoşuma gəlir. Futbolçular tez-tez mövqelərini dəyişirlər. Onlar çox çevik oynayırlar və bu, mənim xoşuma gəlir. Komandanın inkişafı inanılmazdır. Enrike möhtəşəm iş görür.
Bu qarşılaşma nəyə qadir olduğumuzu anlamaq üçün yaxşı sınaq olacaq. İstərdim ki, komandam son oyunlarda olduğu kimi, inamlı, cəsarətli və birlik nümayiş etdirərək oynasın. Biz, bəlkə də, son iki ilin dünyanın ən yaxşı komandasına qarşı mübarizə aparacağıq. Bu, səviyyəmizi göstərmək və hansı istiqamətlərdə inkişaf etməli olduğumuzu müəyyənləşdirmək üçün yaxşı fürsətdir. Matçdan sonra çox şey öyrənəcəyik.
Ötən il çətin keçdi. Bu mövsüm isə ilk gündən komandadan gözlədiyimiz futbolu nümayiş etdiririk. Topa inamla nəzarət edir, qol imkanları yaradırıq. Hər şey tamamilə fərqlidir. Bu, sadəcə bir oyundur, görək bundan sonra nə baş verəcək. Biz hazırıq. Bütün futbolçular PSJ ilə qarşılaşmağı səbirsizliklə gözləyirlər. Bu, gözəl futbol fəlsəfəsinə malik möhtəşəm komandadır.
Onlar daha da yetkinləşiblər. Son illərdə komanda şəklində daha yaxşı oynamağa başlayıblar. Əldə etdikləri uğurlar həqiqətən inanılmazdır. Fransa çempionatında son oyunlarında “Strasburq”a qarşı (3:1) matçın son on dəqiqəsində gedişatı dəyişməyi bacardılar. Bu komanda həqiqətən böyük təəssürat yaradır”, – deyə Flik bildirib.
saytlarin hazirlanmasi
