"Atalanta"nın hücumçusu Ademola Lukman İİtaliyada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "İnter" nigeriyalı futbolçunu ttransfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
A Seriyası nəhəngi Lukman üçün 50 milyoon avroluq təklif göndərəcək. 27 yaşlı forvard özü komandasından ayrılmaq niyyətindədir.
Qeyd edək ki, "Atalanta" Ademola Lukmanı 2022-ci ilin yayında "Leypziq"dan transfer edib. Nigeriya millisinin üzvü ötən mövsüm Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixində başa çatır.
saytlarin hazirlanmasi