Bolqarıstanın "Levski" klubunun əfsanəsi Emil Spasov Konfrans Liqasının seçmə mərhələsinin 3-cü turunun Sofiya komandası ilə "Sabah" arasında keçiriləcək oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, Spasov “Мач Телеграф”a açıqlamasında bu cür danışbı:
"Levski"nin yaxşı oyun göstərəcəyini gözləyirəm. "Sabah" bizim üçün yad bir addır. Onlar özlərini sübut etmək istəyəcəklər. Digər tərəfdən, "Levski" günü-gündən daha da yaxşı oynayır. Hesab edirəm ki, bu, son illərdə ən stabil və keyfiyyətli "Levski" komandasıdır. Velaskesin rəhbərliyi altında komanda özünə gəlib. Bizdə kifayət qədər bacarıqlı futbolçular var. Komanda bir yerdə, böyük istək və həvəslə oynayır, bu oyunçuların özünə inamı yox idi.
Bununla belə, qeyd etməyə bilmərəm ki, bəzi mövqelərdə kifayət qədər oyunçu yoxdur. Mən hələ də tipik pleymeyker və tipik qolqoleador görmürəm. Bizim Sanqare və Rupanov kimi hücumçularımız var, amma məncə, onlar daha çox şey edə bilər və hələ tam potensiallarını ortaya qoymayıblar. Bizim üçün qol vurmaq çətindir. Təbii ki, komandanın yaxşı oyun nümayiş etdirməsinə sevinməliyik".
69 yaşlı veteran forvard "Levski"nin (1973-1985, 10987-1988, 1989-1990) heyətində 313 matç keçirib, 81 qol vurub.
saytlarin hazirlanmasi