“Bavariya” mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçularla danışıqlara başlayıb.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi Dayot Upamekanonu ilə müqavilə müddətini artırmaq niyyətindədir.
Fransız futbolçunun “Bavariya”da qalıb-qalmayacağı isə dekabrda dəqiqləşəcək.
Çünki ona bir çox klublardan təkliflər gəlib. “Valensiyen”in yetirməsi “Zaltsburq”, “Leyptsiq”də oynadıqdan sonra 2021-ci ildə “Bavariya”ya keçib və mövsümün sonunda müqavilə müddəti başa çatacaq.
