Millimizin hücumçusu "Visla" ilə matçda ehtiyatda qaldı

00:33 - 9 Noyabr 2025

Polşada futbol üzrə ölkə çempionatının 15-ci turu keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rənat Dadaşovun çıxış etdiyi “Motor” (Lyublin) evdə “Visla” ilə 1:1 hesablı heç-heçə edib. Dadaşov oyuna sifariş edilsə də, bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

Hazırda “Motor” 16 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti