İrlandiya Futbol Federasiyası UEFA-dan İsrailin turnirlərdən uzaqlaşdırılmasını istəyəcək

22:14 - 8 Noyabr 2025

"Sky News" jurnalisti Rob Harrisin məlumatına görə, İrlandiya Futbol Assosiasiyasının iclasında İsrail komandalarının Avropa turnirlərində iştirakdan kənarlaşdırılması üçün UEFA-ya müraciət edilməsi təklifinə dəstək verilib.

Sportal.az xəbər verir ki, federasiya İsrailin “işğal olunmuş Fələstin ərazilərində” Fələstin Futbol Assosiasiyasının razılığı olmadan klublar yaratdığını qeyd edib.

FAI-nin qətnaməsi 74 səs lehinə, 7 səs əleyhinə və 2 bitərəf səslə qəbul olunub. UEFA hələlik bu təşəbbüslə bağlı şərh verməyib.

Xatırladaq ki, UEFA sentyabr ayının sonunda ABŞ prezidenti Donald Trampın bölgə üçün sülh planını elan etməsindən sonra İsrail komandalarının Avropa futbol yarışlarından uzaqlaşdırılması məsələsinin müzakirəsini dayandırmışdı.

Xəbər xətti