"Qəbələ"yə razılıq vermişdi, son anda gəlmədi - polşalı qapıçı Kiprə getdi

14:32 - 8 Avqust 2025

Premyer Liqanın startına qədər transfer çalışmalarını yekunlaşdırmağa çalışan "Qəbələ"nin son anda bir keçidi alınmayıb. 

Sportal.az-a verilən məlumata görə, "Qəbələ" Kevin Komarla razılıq əldə etsə də, polşalı qapıçı son anda fikrini dəyişib. O, Kiprin AEK (Larnaka) klubuna keçib. 

22 yaşlı əlcək sahibinin qərarını dəyişməsinə səbəb maliyyə şərtləri olub. Komar AEK-dən daha sərfəli təklif alıb və onu dəyərləndirmək qərarına gəlib. 

Xəbər xətti