"Qalatasaray" mövsümün ilk oyununa hücumçusuz çıxacaq

17:21 - 7 Avqust 2025

Türkiyə Super Liqasında 2025/2026 mövsümünə start verilir.

Sportal.az xəbər verir ki, son çempion "Qalatasaray" açılış matçında səfərdə "Qazianteep"in qonağı olacaq.

İstanbul təmsilçisi mövsümün ilk oyununa ciddi itkilərlə çıxacaq. Müdafiəçilər Derrik Köhn, Karlos Kuesta, Viktor Nelsson, hücumçular Viktor Osimhen, Mauro İkardi və Alvaro Morata komanda ilə birlikdə səfərə aparılmayıb.

Qeyd edək ki, "Qaziantep" - "Qalatasaray" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Xəbər xətti