Yeni mövsümün hazırlığını davam etdirən "Mançester Yunayted" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Ruben Amorimin rəhbərlik etdiyi kollektiv "Old Trafford"da "Fiorentina" ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başqa çatıb. Penaltilər seriyasında daha dəqiq olaan "Mançester Yunayted" qələbə qazanıb.
"Mançester Yunayted" - "Fiorentina" 1:1
Qollar: Robin Qosens, 21 (avtoqol) - Simon Som, 8
Penaltilər: 5:4