Kurban Berdiyev: "Çempionluq hədəfinə çatmaq üçün çalışacağıq"

19:27 - 16 Avqust 2025

"Turan Tovuz" Misli Premyer Liqasının 1-ci turunda səfərdə "İmişli"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər  verir ki, Qərb bölgəsi təmsilçisinin baş məqşçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyun təxmin etdiyimiz kimi ağır oldu. Rəqib yaxşı müdafiə olunurdu. Allaha şükürlər  olsun ki, qələbə qazandıq.

- Yoxlama oyunlarında qol vurmaqda çətinlik çəkirdiz, bu gün də elə oldu. Bunu necə aradan qaldıracaqsız?

- Belə matçlar həmişə çətin olur. Bəzi gec qoşulan oyunçularımız oldu. Alexandro Serrano gec gəldi, İbrahima Vadjiyə vaxt lazımdır. Zamanla hər şey qaydasına düşəcək.

- İlk yarıda futbolçulara çox əsəbiləşirdiz. Bunun səbəbi nə idi?

- Bəzi məqamlar var ki, onları məşqlərdə işləmişdik, amma alınmırdı. Narazılığım buna idi.

- Ehtiram Quliyev bildirib ki, "Turan Tovuz"un hədəfi çempionluqdur. Siz necə düşünürsünüz?

- Qarşımıza hədəf qoyulub, bu, ciddi hədəfdir. Biz bu buna çatmaq üçün çalışacağıq.

- Ən böyük probleminizin sol ayaqlı sol cinah müdafiəçisinin olmamasını demək olar?

- Bəli,  düz deyirsiz. Həmin mövqe güclənməlidir. Müəyyən təmaslarımız var. Amma hadisələri qabaqlmaq istəmirəm.

- Bundan sonra neçə transfer gözlənilir?

- Ən azı iki transfer istəyərdik. Amma görəcəyik.

- Rəhim Sadıqovun 90 dəqiqə meydanda qalmasının səbəbi nə idi?

- Rəhimin pis oynadığını düşünmürəm. O meydanda çox böyük iş gördü. Bu gün onun oyunundan razı qaldım.

- David Tavareşin adının matçın iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nədir?

- Təlim-məşşq toplanışında zədələnib. Yavaş-yavaş sağalır. İnanırıq ki, o bizə kömək edəcək.

- Şəhriyar Əliyevin oynamaması nə ilə bağlı idi?

- Rqabətlə bağlıdır. Bu mövsüm komandamız daha rəqabətə davamlıdır. Kim güclüdürsə, o da oynayır.

Elçin Əlixan

Xəbər xətti