Salah Premyer Liqada növbəti uğura imza atdı

12:38 - 16 Avqust 2025

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah növnəti uğura imza atıb.

Sportal.az xəbər verir ki, 33 yaşlı vinger Premyer Liqada ən çox qol vuran 4-cü futbolçu olub.

Salah mövsümün ilk turunun "Bornmut"la matçında (4:2) fərqlənib. Ulduz futbolçu İngiltərə çempionatında vurduğu qolların sayını 187-yə yüksəldib.

Təcrübəlli oyunçu İngiltərə çempionatının ən məhsuldar oyunçuları siyahısında 4-cü pilləyə qalxıb. Salah Endi Kola çatıb.

Qeyd edək ki, Premyer Liqa tarixinin bombardiri 260 qolla Alan Şirerdir. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü yerdədir.

Xəbər xətti