“Şkendiya”nın futbolçusu Fabris Tamba özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la görüşlərində effektiv performans göstərən və Qurban Qurbanovun diqqətini cəlb etdiyi iddia olunan seneqallı Türkiyədə oynayacaq.
O, 1-ci liqada mübarizə aparan “Amedspor”la anlaşıb. Tamba Bakıda keçirilmiş "Qarabağ" - "Şkendiya"(5:1) görüşündə komandasının yeganə qolunu vurmuşdu.
Tamba karyerası ərzində “Sportinq Kovilya”, “Beyra-Mar”, “Braqa”B, “Şkupi” klublarında çıxış edib.