"Fənərbaxça" Avstriya klubu ilə danışıq aparır

19:35 - 14 Avqust 2025

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Zalzburq"da çıxış edən Dorgeles Neneni transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Fənərbaxça" malili ön xətt oyunçusu üçün Avstriya klubu ilə danışıqları davam etdirir. İstanbul təmsilçisi 22 yaşlı futbolçunun keçidini qısa müddətdə tamamlamağa çalışır.

Qeyd edək ki, "Zalzburq" Dorgeles Neneni 2021-ci ilin yanvar ayında ölkəsinin "Quidars" klubundan transfer edib. Mali millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti