Elmar Baxşıyev: "Yaxşı nəticə qazanmaq üçün çalışacağıq"

20:53 - 13 Avqust 2025

"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Omoniya"nın qonağı olacaq.

Sportal.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Elmar Baxşıyev Kiprdəki matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib:

“Oyun baxımından daha artığını gözləyirik. Komandamız fərqlidir. Doğma meydanda böyükhesabla məğlub olsaq da, komanda şəklində daha yaxşısını edə bilərik və sabah buna cəhd edəcəyik. Qarşımızdakı rəqib də təcrübəli, yaxşı təşkilatlanmış komandadır. Amma yaxşı nəticə qazanmaq üçün çalışacağıq.

Hesabı kənara qoysaq, Bakıda istədiyimiz oyunu da göstərə bilmədik. Amma bunlar arxada qaldı. Komanda şəklində daha yaxşısını edə bilirik.

Havanın temperaturu Bakı ilə demək olar, oxşardır. Rütubətlilik bir qədər çox hiss olunur. Amma bu futbolçulara problem yaratmamalıdır”.

Xəbər xətti