Azərbaycan millisinin üzvü Rusiyada ən yaxşılar arasında

11:08 - 14 Avqust 2025

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının müdafiəçisi Nigar Mirzəliyeva növbəti dəfə Rusiya Premyer Liqasında turun rəmzi heyətinə daxil edilib.

Sportal.az xəbər verir ki, "Zenit"in formasını geyinən 23 yaşlı futbolçu 17-ci turun simvolik yığmasında özünə yer etməyi bacarıb.

O, komandasının "Rubin"ə qalib gəldiyi (3:1) səfər oyununda 90 dəqiqə uğurlu performansına görə fərqləndirilib.

Xatırladaq ki, Mirzəliyevə bu mövsüm 8-ci və 10-cu turlarda da seçilib.

Xəbər xətti