“Aston Villa” Leon Beilini “Roma”ya icarəyə verməyi müzakirə edir.
Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, klublar icarə müqaviləsi ilə məcburi satınalma şərti barədə danışırlar, lakin rəsmi təklif hələ verilməyib.
Danışıqlar davam etdiyi müddətdə oyunçunun əsas komandadan ayrı məşq etməsi də müzakirə olunub. Bildirilir ki, Türkiyə klubları, o cümlədən “Beşiktaş”, həmçinin Səudiyyə Ərəbistanı komandaları da Beilidə maraqlıdır, lakin “Roma” ən real namizəddir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun mövcud müqaviləsi 2027-ci ilə qədərdir. Ötən mövsümdə Leon Premyer Liqada 24 oyunda iştirak edib, amma yalnız 14 matçda start heyətində yer alıb.
saytlarin hazirlanmasi