“Sumqayıt” yayda icarəyə götürdüyü futbolçuya bu qış qovuşa bilər.
Sportal.az saytına verilən məlumata görə, “kimyaçılar” “Polessye”nin futbolçusu Emil Mustafayevi mövsümün əvvəlində bir illik icarəyə götürmüşdü. Lakin futbolçu Ukraynadan çıxa bilmədiyi üçün “Sumqayıt”ın düşərgəsinə də qoşula bilməmişdi.
“Polessye”nin düşərgəsində məşq edən futbolçunun qış “transfer pəncərəsi” zamanı Türkiyəyə yollanaraq komandanın məşqlərinə cəlb olunacağı gözlənilir.
24 yaşlı futbolçunun “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
