Fransa millisinin sabiq müdafiəçisi 3-cü liqa klubunda baş məşqçi işləyəcək

13:22 - 30 Dekabr 2025

Fransa millisinin sabiq müdafiəçisi Qael Klişi "Kan"ın baş məşqçisi təyin edilib.

Sportal.az xəbər verir ki, bunu klubun rəsmi saytı məlumat yayıb. Klişi üçüncü divizionunda oynayan klubu mövsümün sonuna qədər çalışdıracaq.

40 yaşlı məşqçi "Arsenal", "Mançester Siti", “Başakşəhər”, “Servette”də oynayıb. O, 2023-cü ildən bəri Fransanın gənclər komandasında Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb və 2024-cü ildə Parisdə keçirilən Olimpiadada gümüş medallar qazanıb.

İndi onun qarşısına Kilian Mbappenin ailəsinə məxsus və 15 oyundan sonra liqa cədvəlində 10-cu yerdə olan "Kan"ı daha yaxşı yerlərə daşımaq hədəfi qoyulub.

Qeyd edək ki, Qael futbolçu kimi peşəkar futbola məhz “Kan”da başlayıb.

Xəbər xətti