"Neftçi" Çempionlar Liqasının təmsilçisi ilə qarşılaşacaq

11:22 - 30 Dekabr 2025

Qazaxıstanın “Kayrat” klubu qış təlim-məşq toplanışını Abu-Dabidə (BƏƏ) keçirəcək.

Sportal.az “Prosport.kz” portalına istinadən xəbər verir ki, qazaxların mümkün rəqiblərindən biri “Neftçi” ola bilər.

Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı olan “Kayrat”ın “Neftçi” ilə razılıq əldə etdiyi bildirilir.

Lakin oyunun tarixi və vaxtı hələlik açıqlanmayıb.

Xəbər xətti