“Milan”ın hücumçusu Kristofer Nkunku karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, “Fənərbaxça” fransalı forvardın transferi ilə bağlı artıq “rossoneri” ilə rəsmi danışıqlara başlayıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İtaliya klubu futbolçunun satışından 35 milyon avro qazanmağı planlaşdırır və qiyməti aşağı salmaq niyyətində deyil. İstanbul nəhəngi maliyyə tələblərinin yumşaldılmasına nail olmağa çalışsa da, “Milan” bu məsələdə sərt mövqe tutur.
Razılaşma uğurla başa çatacağı təqdirdə, “Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko Nkunkunu mərkəz hücumçusu mövqeyində və ya əsas forvardın arxasında istifadə etməyi planlaşdırır. Mütəxəssis 28 yaşlı futbolçunun imkanları "Leypsiq"də birgə çalışdıqları dövrdən yaxşı tanışdır.
Qeyd edək ki, Nkunku 2025-ci ilin yayında 37 milyon avro qarşılığında “Çelsi”dən “Milan”a keçib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
