"2025-ci ildə "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində çıxış etməsini, 2027 ci ildə təşkil olunacaq 20 yaşadək futbolçular arasında dünya çempionatının Özbəkistanla yanaşı Azərbaycana verilməsini AFFA-nın böyük uğuru kimi qiymətləndirirəm". Sportal.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Yaşar Seyidov deyib.
Təcrübəli funksioner bu il ölkə futbolunda yaşananlarla bağlı fikirlərini bölüşüb:
"AFFA-nın futbolun inkişafına dair qəbul etdiyi strategiyanı pillə-pillə həyata keçirməsini, Azərbaycanın növbəti ildən beynəlxalq arenda 4 FİFA referisi ilə təmsil olunmasını da uğur kimi dəyərləndirmək olar".
Seyidov 2026-cı ildəki gözləntilərindən də danışıb:
"Milli və gənclər komandalarımızın, avrokuboklardaçıxış edəcək klublarımızın qruplara vəsiqə qazanmasını istəyirəm. Premyer Liqada mübarizə aparan komandaların daha səviyyəli legionerlərin dəvət etməsini, yeni futbol akademiyalarının açılmasını, infrasturukturun yenilənməsini, təlim məşq bazalarının, stadionların tikilməsini, Avropada oynaya billəcək gənc istedadlarımızın yetişməsini istəyirəm. İnanıram ki, üzümüzə gələn il Azərbaycan futbolu adına daha uğurlu olacaq".
O, AFFA rəhbərliyinə inandığını da söyləyib:
"İnanıram ki, AFFA rəhbərliyi futbol ictimaiyyəti ilə birlikdə qarşıya qoyulmuş məqsədlərə 2026-cı ildə nail olacaq".
saytlarin hazirlanmasi
