"İmişli"nin baş məşqçisi: "Əsas məqsədimiz aşağı liqa zonasından uzaq qalmaqdır"

00:49 - 14 Avqust 2025

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

Sportal.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında komandanın məqsədini söyləyib: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”

Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının I turunda “Turan Tovuz”la qarşılaşacaq.

Xəbər xətti