"Barselona" Qarsiyanı qeydiyyata ala biləcəyini açıqladı

00:13 - 14 Avqust 2025

"Barselona" Xoan Qarsiyanı qeydiyyata ala biləcəyini açıqlayıb.

Sportal.az xəbər verir ki, daha əvvəl Kataloniya klubu Mark-Andre ter Ştegenin bel əməliyyatı ilə bağlı tibbi hesabatı La Liqaya təqdim etmişdi. Alman qapıçının 4 aya qədər meydana çıxmayacağı bildirilirdi. Bu tibbi rəydən təsdiq alınması "Barselona"ya ter Ştegenin maaşının bir hissəsini istifadə edərək yeni transferi qeydiyyata almağa imkan verəcək.

La Liqanın tibbi komissiyası ter Ştegenin zədəsinin mövcud qaydalara əsasən uzunmüddətli bərpa kriteriyalarına uyğun olduğunu müəyyən edib. Sabah klub Xoan Qarsiyanın La Liqada qeydiyyat prosesinə başlayacaq.

Xəbər xətti