"Brayton"un yarımmüdafiəçisi Karlos Baleba Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu futbolçunu transfer etmək istəyir. Bu barədə "İndependent" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" Baleba üçün onun klubu ilə danışıqlara başlayıb. "Qağayılar" 21 yaşlı dayaq yarımmüdafiəçisi üçün 120 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Brayton" Karlos Balebanı 2023-cü ilin yayında "Lill"dən transfer edib. Kamerun millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi