"Karvan-Yevlax"ın baş məşqçisi Azər Haşımov Sportal.az saytına açıqlama verib.
O, komandasının hazırlıq prosesindən bəhs edib: "Hazırlıq prosesimizi məcburən Mingəçevirdə keçirik. Öz meydançamızda keçsəydik, bizim üçün daha rahat olardı. Amma yeni mövsümə hazırlaşdıq. Bizi narahat edən məqam öz meydançamızın hazır vəziyyətdə olmamasıdır. Təbii ki, çox istəyərdik ki, ilk oyunumuzu azarkeşlərimizin qarşısında oynayaq. Heyətlə bağlı məsələyə gəldikdə, transferlərimizi etmişik, indi də edirik. Əlbəttə ki, transferlərin davamı da gələcək".
Yevlax təmsilçisinin Misli Premyer Liqasındakı 1-ci turda "Qəbələ"yə qarşı keçirəcəkləri görüş haqda fikirlərini bildirib: "Bəli, ilk turdakı rəqibimiz “Qəbələ”dir. Ola bilər ki, I Liqada da onlarla rəqib idik. Amma biz artıq I Liqa yox, Premyer Liqada mübarizə aparacağıq. İlk oyun hər zaman, hər bir komanda üçün çətin olur. Elə biz özümüz də, “Qəbələ” kimi, demək olar ki, səfərdə oynayacağıq. Sadəcə olaraq, normal ev sahibi sayılırıq. Çalışacağıq ki, əzmkar oyun nümayiş etdirib, sərfəli nəticə qazanaq. Premyer Liqadakı hədəfimiz də bəllidir. Birinci məqsədimiz yüksək liqada qalmaqdır. Bacardığımız qədər də daha yaxşı oyun nümayiş etdirib, Premyer Liqada yerimizi möhkəmləndirmək istəyirik".
Mirbağırağa
saytlarin hazirlanmasi