"Feyenoord" "Spartak"ın(Moskva) hücumçusu Manfred Uqaldeni transfer etməyi planlaşdırır.
Sportal.az "Euro-Football.Ru" portalına istinadən xəbər verir ki, Niderland klubu Uqalde üçün 20 milyon avro təklif edib.
"Spartak" icarə variantından imtina edib. Lakin “Feyenoord” da bütün transfer məbləğini bir ödənişlə etmək istəmir. Həmin məsələdə çıxış yolu tapılsa, Uqalde karyerasına Rotterdam təmsilçisində davam edəcək. Bu mövsüm kosta-rikalı forvard “Spartak"ın heyətində 5 oyun keçirib və qol vurmayıb.
23 yaşlı futbolçunun Moskva klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Saprissa", "Lommel", "Tvente" klublarında çıxış edib.
saytlarin hazirlanmasi