Millimizin üzvünün komandası avrokuboklarda mübarizəni dayandırdı

09:48 - 15 Avqust 2025

Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” avrokubokda mübarizəni dayandırıb.

Sportal.az xəbər verir ki, onun komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Olimpiya”(Lyublyana) ilə görüşdə uduzub.

Oyunun əsas vaxtı 2:2 başa çatıb. Əlavə vaxtda isə qapısından 2 top buraxan “Eqnatiya” matçdan məğlub ayrılıb.

Əliyev meydana əsas heyətdə çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Xəbər xətti