"Mançester Yunayted" Sançonun A Seriyası klubuna satılmasına razı oldu

00:53 - 16 Avqust 2025

"Mançester Yunayted" Ceydon Sançonu "Roma"ya satmağa hazırdır.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, "qırmızı şeytanlar" 20 milyon funt qarşılığında transferə razıdır, lakin oyunçunun qərarını gözləyirlər.

Sanço bu həftənin əvvəlindən danışıqlara açıqdır. Lakin şəxsi şərtlərin razılaşdırılması üzərində iş hələ davam edir.

Qeyd edək ki, ötən mövsüm Sanço icarə əsasında "Çelsi"də çıxış edərək bütün turnirlərdə 42 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti