“Krasnodar”ın forvardı Con Kordoba Türkiyə Superliqasında oynaya bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Göztepe” ötən mövsüm “Krasnodar”ın heyətində Rusiya çempionu olan kolumbiyalı üçün müəyyən addımlar atıb.
Kolumbiya millisinin 32 yaşlı hücumçusu öz də “Göztepe”də oynamağa maraqlıdır.
İzmir təmsilçisi Romulonu “Leyptsiq”ə satdıqdan sonra onun boşluğunu məhz Kordoba ilə doldurmaq niyyətindədir.
Kordoba 2021-ci ildən Rusiya klubunda oynayır və müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli forvard karyerası ərzində “Espanyol”, “Qranada”, “Maynts”, “Köln”, “Herta” klublarında çıxış edib.