Bu gün Misli Premyer Liqasında 1-ci turun daha bir görüşü keçirilib. "Sumqayıt" "Kəpəz"lə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyunumuzda qələbə qazanaraq Gəncəyə dönmək istəyirdik. Çox təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik və futbolun yazılmamış qanunu özünü göstərdi. 2-ci qoldan sonra futbolçular ruhdan düşdülər və məğlub olduq. Heyət olaraq təzə yığılmışıq və tam formalaşmamışıq. Çatışmazlıqlarımız var və bundan sonra da işləməliyik və elə etməliyik ki, gələcəkdə bu cür oyunlardan xallar qazana bilək.
- Komandanın kapitanı Əli Səmədov bu gün meydana daxil olmadı. Hazır deyildisə niyə iştirak ərizəsinə salınıb? Yox əgər hazır idisə niyə bu gün onu meydanda görmədik?
- Əli komandanın kapitanı olaraq oyunçuların yanındadırsa, bu o demək deyil ki, hazırdı, ya hazır deyil. Sadəcə olaraq bu gün məşqçilər korpusu olaraq belə qərar verdik. Oyunçunun hazırlıqsızlığından söhbət gedə bilməz. Əksinə, bu gün ehtiyatda da olsa komandanın yanında olması çox vacib idi.
- "Kəpəz"də bir çox dəyişiklər oldu. Amma komandanın oyununda irəliləyiş görsənmir. Sizcə niyə?
- "Kəpəz" düzələcək inşallah. Qısa bir müddətdə çatışmazlıqları aradan qaldıracağıq. Azarkeşlər bizdən tam fərqli komanda gözləyirlər. Onlar bu komandanı görəcəklər.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi