"Arsenal" səfərdə "Mançester Yunayted"i məğlub etdi - VİDEO

22:01 - 17 Avqust 2025

İngiltərə Premyer Liqasında ilk turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Arsenal" səfərdə "Mançester Yunayted"in qonağı olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 13-cü dəqiqədə Rikkardo Kalafyori vurub.

Qeyd edək ki, növbəti turda "Arsenal" "Lids"i "Mançester Yunayted" isə "Fulhem"in qonağı olacaq.

Xəbər xətti