"Mançester Yunayted" başqa nəticəyə layiq idi, komanda hər baxımdan cəsarətli oynadı" - Ruben Amorim

00:08 - 18 Avqust 2025

Xəbər verdiyimiz kimi, Premyer Liqanın 1-ci turunda "Mançester Yunayted" doğma meydanda "Arsenal"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim "Sky Sports"a müsahibəsində hesab edir ki, “qırmızı şeytanlar” “Arsenal”a məğlubiyyəti haqq etmirdi:

"Mən komandamla həqiqətən qürur duyuram. Onlar oyunun hər anında cəsarətli idilər. Belə oyuna görə futbolçuları təbrik edirəm. Biz başqa nəticəyə layiq idik və indi irəli baxmaq, növbəti oyuna hazırlaşmaq lazımdır.

Biz ötən mövsümlə müqayisədə daha aqressiv idik. Bütün oyun ərzində rəqibə qarşı sıx mübarizə apardıq və yüksək pressinq etdik. Topa yaxşı nəzarət etdik. Hətta stadiondan müəyyən səslər gələndə belə, öz oyunumuzu davam etdirdik. Oyunda həmişə hiss edirsən ki, rəqib nəsə edə bilər. Təkcə topla yox, topsuz da. Mən bizim oyunumuzla qürur duyuram. Uduzduq, üzərində işləməli olduğumuz məqamlar var. Qələbə qazanmalıyıq, amma bu dəfə hər şey ötən mövsümdən tamamilə fərqli idi".

Xəbər xətti