"İmişli" Misli Premyer Liqasında elə ilk oyunda bir xal qazanmağa yaxın idi. Lakin son dəqiqələrdə buraxılan qol "Turan Tovuz"u qələbəyə daşıdı.
Birinci hissədə top saxlamaqda belə çətinlik çəkən "İmişli" fasilədən sonra daha cəsarətli oynamağa başladı, hətta bir neçə dəfə təhlükəli həmləylə də yadda qaldı.
"İmişli"nin heyətində oyunuyla diqqət çəkən futbolçulardan biri Vüsal Qənbərov idi. Bir neçə il əvvəl "Səbail"in heyətində Premyer Liqada oyunlara çıxan, amma sonradan aşağı liqa klublarına yollanan futbolçu yenə elitaya qayıdıb. İspaniyanın "Marset" akademiyasını keçən sol ayaq futbolçu olduqca istedadlıdır. Sadəcə buna qədər Premyer Liqada davamlı oynamaq şansı qazanmayan 22 yaşlı futbolçu hələ ki potensialını tam açmayıb. Amma dünənki kimi cəsarətli, istəkli oynasa, öz sözünü deyəcək səviyyədə oyunçudur.
"Turan Tovuz"la oyunda ikinci hissədə meydana çıxanlar arasında Abbas Ağazadə adından söz etdirdi. Meydanda ən yaxşılardan olan Abbasın da Premyer Liqa təcrübəsi var. O, müxtəlif vaxtlarda "Sabah"ın və "Turan Tovuz"un heyətində Premyer Liqa oyunlarında çıxış edib. 25 yaşlı dayaq yarımmüdafiəçisinin yaxşı keyfiyyətləri var. O da "İmişli"nin əsas futbolçularından birinə çevrilə bilər.
Yeri gəlmişkən, hər iki futbolçu ötən mövsümü I Liqada "İmişli"də keçirib.
Həmid
saytlarin hazirlanmasi