Semenyonun "Mançester Siti"də maaşı nə qədər olacaq? - "Bornmut"a 3 il ərzində...

22:51 - 30 Dekabr 2025

"Bornmut"un hücumameyilli yarımmüdafiəçisi Antuan Semenyo "Mançester Siti"yə keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, Qana millisinin 25 yaşlı vingerinin transferi bu həftə reallaşacaq. Tərəflər arasında yalnız Antuanın təxminən 65 milyon funt-sterlinq  məbləğində olan sərbəstqalma haqqının ödəniş şərtləri ilə bağlı məsələ qalıb. "Şəhərlilər" bu məbləği bir neçə hissəyə bölərək üç il ərzində ödəmək istəyir. Semenyonun maaşı 5 illik müqavilə müddətində bonuslar əlavə olunmaqla həftədə təxminən 150 min  funt-sterlinq olacaq.

Əgər Semenyo "Man Siti"yə keçərsə, "şəhərlilər" Oskar Bobb və ya Savinyodan biri ilə yollarını ayıracaq. Savinyo isə "Tottenhem"in maraq dairəsindədir.

Qeyd edək ki, bu mövsüm Semenyo Premyer Liqada keçirdiyi 17 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti