"Messini ilk dəfə görəndə az qala huşumu itirirdim"

22:30 - 30 Dekabr 2025

"İnter Mayami"nin müdafiəçisi Yannik Brayt Lionel Messinin şəxsi və peşəkar keyfiyyətləri barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Brayt öz açıqlamasında bunları qeyd edib:

"Lionel inanılmaz auraya malik, çox təvazökar insandır. Xatırlayıram ki, onun gəlişinə mənəvi cəhətdən hazırlaşmağıma baxmayaraq, onu ilk dəfə görəndə az qala huşumu itirirdim. O, bir şəxsiyyət kimi özünü göstərib. Həm meydanda, həm də meydandan kənarda liderdir. Oyunlardan əvvəl bizi motivasiya etmək üçün həmişə doğru sözləri tapır. Detallara diqqət yetirən nümunəvi peşəkardır. Sakit xarakterlidir, amma 38 yaşında meydanda əsl vəhşiyə çevrilir və qazandığı bütün titullara baxmayaraq, hətta məşqlərdə belə uduzmaq istəmir. Soyunub-geyinmə otağında isə bütün komanda ilə əla münasibətləri var."

Xəbər xətti