"Real"ın 2 futbolçusu da qış transfer pəncərəsində komandada qalacaq

23:12 - 30 Dekabr 2025

"Real" qış transfer pəncərəsində hücumçu Qonsalo Qarsiya və vinger Franko Mastantuononu buraxmayacaq.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumatda 21 yaşlı ispaniyalı Qarsiya ilə "Yuventus", 18 yaşlı argentinalı Mastantuono ilə isə "Napoli" maraqlansa da, hər iki oyunçunun da komandada qalacağı qeyd olunub.

Mastantuono La Liqada 10 oyunda 1 qol vurub, Qonsalo Qarsiyanın isə 13 oyunda məhsuldar göstəricisi yoxdur.

Xəbər xətti